Bu aviaşirkət Fransa paytaxtına uçuşları dayandırdı

14.11.2015 08:27     Dünyadan reaksiya     1659

ABŞ-ın "American Airlines Group" aviaşirkəti noyabrın 13-ü axşam saatlarında Parisdə silsilə terror aktları törədilməsindən dərhal sonra Fransa paytaxtına uçuşlarını dayandırıb.

Reaksiya.azxəbər verir ki, bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Coşua Fridə istinadən "Reuters" məlumat yayıb.

"Hazırda "Şarl de Qoll" Beynəlxalq Hava Limanı açıqdır, lakin biz əlavə məlumat alana qədər bu axşam Parisə uçuşları saxlayırıq", — deyə o bildirib.

Fransanın Xarici İşlər Nazirliyi noyabrın 13-də bəyan edib ki, ölkə ilə hava və dəmir yolu əlaqəsi kəsilməyəcək, giriş və çıxış sərbəst olaraq qalacaq.

Şərhlər

Çox oxunanlar