Rusiyanın ATƏT-dəki səfiri Azərbaycan müxalifəti və Şahtaxtinski haqda danışdı
22.06.2015 17:19 Dünyadan reaksiya 1769
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin təşkilatın Bakıdakı layihə koordinatoru Aleksis Şahtaxtinskinin geri çağırılmasını şərh edib.
Virtualaz.org saytı xəbər verir ki, rusiyalı diplomat “Rosbalt”a açıqlamasında Şahtaxtinskinin Azərbaycan müxalifətini dəstəkləməkdən imtina etdiyinə gərə “zərər çəkdiyini” deyib.
“Şahtaxtinski Azərbaycanda yaxşı qəbul olunmuşdu, orada hesab edirdilər ki, diplomat düzgün işləyir və öz öhdəliklərini yaxşı yerinə yetirir. O, Azərbaycan hökumətinin müəyyən etdiyi prioritetlər üzrə işləyib, müxalifətin möhkəmləndirilməsi və işlənib hazırlanması ilə məşğul olmayıb. Elə buna görə də zərər çəkib”- deyə Andrey Kelin bildirib.
Xatırladaq ki, ATƏT ABŞ-ın təzyiqlərindən sonra Aleksis Şahtaxtinskinin mandatını uzatmayıb. Birləşmiş Ştatların ATƏT-dəki səfiri, gey diplomat Daniel Bayer Azərbaycan müxalifətini maliyyələşdirmək və həbs olunan QHT-çilərə görə sərt bəyanatlar vermək üçün Şahtaxtinskiyə təzyiqlər edib.
Fransalı diplomat bu tələblərlə razılaşmayanda Amerika xüsusi xidmət orqanları ona qarşı şantaj və təqib kampaniyasına başlayıb.
Şərhlər