ABŞ-da təhlükəsizlik tədbirləri artırıldı
14.11.2015 10:38 Dünyadan reaksiya 912
Fransanın paytaxtı Parisdəki hücumlardan sonra ABŞ-ın böyük şəhərlərində analoji hücum ehtimalına qarşı təhlükəsizlik tədbirləri artırılıb.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nyu-York Polis Departamentindən hansısa məlum təhdidin olmadığını, ancaq hər ehtimala qarşı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə artırıldığını bildiriblər.
Vaşinqtonda xüsusilə, Fransa Səfirliyi və Fransanın digər təşkilatlarının yerləşdiyi ərazidə tədbirlər üst səviyyəyə çıxarılıb.
Şərhlər