İran prezidenti Fransaya səfəri təxirə saldı - Terror aktına görə
14.11.2015 10:43 Dünyadan reaksiya 1995
Parisdə baş verən terror aktları ilə əlaqədar olaraq, İran prezidenti Həsən Ruhani Fransa, İtaliya və Vatikana səfərini təxirə salıb.
Reaksiya.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İranın XİN başçısı Məhəmməd Cavad Zərif bildirib.
“Parisdə baş verən terror aktlarına görə, İran prezidentinin Fransa, İtaliya və Vatikana səfərlərini təxirə salmaq qərarı alınıb”, - deyə nazir qeyd edib.
Ruhani noyabrın 13-dən 14-nə keçən gecə baş verən dəhşətli terror aktı ilə bağlı Fransaya başsağlığı bildirib.
Şərhlər