İŞİD ​Parisdəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

14.11.2015 10:55     Dünyadan reaksiya     1959

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən terror aktlarına görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) öz üzərinə götürüb.

Reaksiya.az xəbər verir ki, bu barədə İtaliyanın "Sky Tg24" telekanalı məlumat yayıb.

Terror qruplaşması silsilə hücumları Suriyaya görə qisas adlandırıb.

Son məlumatlara görə, Fransa paytaxtında 140 nəfər ölüb: 100 nəfər əvvəlcə ələ keçirilmiş, sonra azad edilmiş "Bataklan" konsert mərkəzində, 40 nəfər digər yerlərdə atışma və partlayışlar nəticəsində.

Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyət elan edib, ölkə sərhədlərinin bağlanması barədə göstəriş verib.

Şərhlər

Çox oxunanlar