Kemeron COBRA-nın fövqəladə iclasını keçirir - Paris terroruyla bağlı
14.11.2015 12:25 Dünyadan reaksiya 1901
Böyük Britaniyanın baş naziri Devid Kemeron Parisdə baş verən terror aktı ilə bağlı bu gün fövqəladə kabinetin (COBRA) iclasını keçirəcək.
Reaksiya.az xəbər verir ki, bu barətə D.Kemeron öz “Twitter” hesabında yazıb.
“Mən COBRA-nın Parisdə baş verən dəhşətli terror aktları ilə əlaqədar olaraq keçirilən görüşünə rəhbərlik edəcəm”, - deyə baş nazir qeyd edib.
Hazırda Suriya danışıqları ilə bağlı Vyanada olan Britaniya XİN başçısı Filip Hammond isə öz planlarını dəyişməyəcək və Suriya ilə bağlı danışıqlarda iştirak edəcək.
Şərhlər