Nursultan Nazarbayev: "Bizi qəbul etdilər"
22.06.2015 18:12 Dünyadan reaksiya 1715
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev bildirib ki, bu gün Cenevrədə Qazaxıstanın quruma üzvlüyü ilə bağlı danışıqlar prosesinin yekunlaşdığı rəsmən elan olunub: “Bu, bizim üçün tarixi hadisədir. Qazaxıstan Ümumdünya Ticarət Təşkilatının 162-ci üzvü olacaq. Dünyanın bütün iri iqtisadiyyatları Qazaxıstanı əlverişli investisiya mühitinə malik olan, ticarət siyasətini beynəlxalq hüquq normalarına uyğun aparan ölkə kimi tanıyıblar”.
N. Nazarbayev qeyd edib ki, təşkilata üzvlük Qazaxıstan müəssisələrinin xarici bazarlara çıxışına, istehlakçılar üçün isə böyük əmtəə və xidmətlər seçiminə şərait yaradır: “Qazaxıstan həm xarici, həm də yerli sərmayəçilər üçün daha cəlbedici ölkəyə çevrilir. Biz yeni istehsal sahələri və iş yerləri yaratmaq imlanı əldə edirik”.
N. Nazarbayev danışıqlar prosesinin 19 il davam etdiyini və tərəflərin Qazaxıstan üçün ən həssas məsələlər, xüsusən kənd təsərrüfatına dəstəklə bağlı öz mövqelərini razılaşdırdıqlarını vurğulayıb: “Həmişə xəbərdarlıq etdiyim kimi, bu təşkilata üzvlüyün üstünlükləri ilə bərabər rəqabət də güclənəcək. Bütün istehsalçılar dünya səviyyəsinə yaxınlaşmalıdır”.
Şərhlər