G20 sammiti təxirə salınmayacaq - Ankara
14.11.2015 12:44 Dünyadan reaksiya 1948
Fransada bir neçə terror aktının törədilməsindən sonra təhlükəsizliyi nəzərə alaraq G20 ("Böyük iyirmilik") sammitinin təxirə salınmasından söhbət gedə bilməz.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.
Administrasiyadan bildiriblər ki, noyabrın 16-17-də Türkiyənin Antalya şəhərində keçiriləcək G20 sammitinin təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb.
Qeyd olunub ki, Parisdə baş vermiş terror aktları təkcə Fransaya qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib.
Türkiyədə G20 sammiti zamanı təhlükəsizliyi 12 mindən çox polis əməkdaşı təmin edəcək.
Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.
Şərhlər