Paris terroru Suriya danışıqlarına mane olmayacaq - XİN başçısı
14.11.2015 13:02 Dünyadan reaksiya 2025
Ötən gecə Parisdə baş vermiş terror aktlarına görə, Avstriya hökuməti Suriya ilə bağlı danışıqlar üçün Vyanaya toplaşan XİN başçılarının təhlükəsizliyini gücləndirib.
Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xari işlər naziri Sebastyan Kurts bildirib.
Onun sözlərinə görə, dəhşətli terrora baxmayaraq, danışıqlar baş tutacaq və əlavə təhlükəsizlik tədbirləri də həyata keçiriləcək.
Nazir qeyd edib ki, Parisdəki terror danışıqlara təsir göstərəcək, amma mane olmayacaq.
Şərhlər