Paris terrorunda şübhəli bilinən bir nəfər tutuldu - Almaniyada

14.11.2015 13:55     Dünyadan reaksiya     1932

Almaniyada Paris terrorunda şübhəli bilinən şəxslərdən biri həbs olunub.

Reaksiya.az xəbər verir ki, ötən gecə Parisdə baş vermiş terror aktlarının “ehtimal olunan iştirakçısı” adlandırılan bu şəxs Almaniyanın Rozenhaym şəhərində saxlanılıb.

Çernoqoriyadan olan şübhəlinin avtomobilində külli miqdarda silah-sursat və bir neçə kiloqram partlayıcı maddə aşkarlanıb.

Hazırda tutulan şəxsin Parisdəki terrorla əlaqəsi araşdırılır.

Şərhlər

Çox oxunanlar