Bu orta əsrlərin və neofaşizmin qarışığıdır - Con Kerri

14.11.2015 15:46     Dünyadan reaksiya     1884

ABŞ dövlət katibi Con Kerri Parisdə baş verən son terror hadisələrini “orta əsrlərin və yeni faşizmin qarışığı” adlandırıb.

Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, Con Kerri Rusiya XİN başçısı Sergey Lavrov ilə görüşdən sonra verdiyi açıqlamada Beyrut və İraqdakı etrror aktlarından sonra baş verən bu hadisənin “bizim planetdə yolverilməz” olduğunu vurğulayıb.

Kerri deyib ki, “orta əsrlər və neofaşizmin qarşığı” olan bu hücumlar ölkələrdə qorxu və dəhşət yaradır.

Həmçinin Lavrov da qeyd edib ki, terrorçulara heç bir tolerantlıq ola bilməz.

Şərhlər

Çox oxunanlar