Terrorçulara qarşı dözümlülük göstərməməliyik - Lavrov
14.11.2015 16:14 Dünyadan reaksiya 1939
Bu gün Suriya böhranına siyasi həll tapılması məqsədilə təşkil olunan Vyana danışıqlarından 3-ü keçirilir.
Reaksiya.az "Sputnik"ə istinadən xəbər verir ki, zirvə toplantısından əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.
Görüşdən sonra Lavrov Vyana danışıqları nəticəsində terrorla mübarizədə irəliləyiş əldə edəcəyinə əmin olduğunu söyləyib.
Həmçinin, xarici işlər naziri qeyd edib ki, İŞİD və Əl Nusra terror qruplaşmalarını məğlubiyyətə uğratmaq məqsədilə daha çox səy sərf edilməməsi üçün heç bir səbəb yoxdur.
O, Fransada baş verən terrorla bağlı da fikirlərini dilə gətirib: "Terror hücumlarının heç bir haqlı əsası yoxdur və terrorçulara qarşı dözümlülük göstərməməliyik. Prezident Putin də Fransa xalqı ilə həmrəy olduğumuzu bildirib. Son günlərdə Beyrut və İraqda həyatını itirənləri də unutmamalıyıq".
Şərhlər