Terrorçulardan ikisinin kimliyi müəyyən edildi
14.11.2015 16:48 Dünyadan reaksiya 2018
Fransanın paytaxtı Parisdə baş verən terror hücumunun təşkilatçılarından ikisinin kimliyi müəyyən edilib.
Reaksiya.az xəbər verir ki, kimliyi müəyyən edilən terrorçulardan birinin Suriya, digərinin isə Fransız vətəndaşı olduğu açıqlanıb.
Suriya vətəndaşının Fransa - Almaniya matçının oynandığı "Stad de France" stadionunda baş verən ilk partlayışı törətdiyi bildirilib.
Qeyd edək ki, 3 günlük yas elan olunan Fransada hazırki rəsmi məlumata görə, ən az 127 nəfər həyatını itirib.
Şərhlər