Polşa daha qaçqın qəbul etməyəcək - Parisdəki hadisələrə görə

14.11.2015 16:57     Dünyadan reaksiya     1978

Polşa hökuməti Avropa Birliyinin kvota üzrə müəyyən etdiyi qaçqınları qəbul etməkdən boyuna qaçırıb.

Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın Avropa məsələləri üzrə naziri Konrad Şimanski bildirib.

Nazir bu qərarın ötən gecə Parisdəki terror aktlarından sonra qəbul edildiyini vurğulayıb.

Onun sözlərinə görə, Polşanın yeni hökuməti köhnə hökumətin qəbul etdiyi kvotalarla razı deyil və “Parisdəki son hadisələr işığında bu kvotaların icrası üçün siyasi imkanlar görmür”.

Şərhlər

Çox oxunanlar