Fabius Suriya danışıqlarını tərk etdi

14.11.2015 17:14     Dünyadan reaksiya     1896

Fransa XİN başçısı Loran Fabius Vyanada keçirilən Suriya danışıqlarını tərk edib.

Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, o, Parisdə baş verən son terror aktlarına görə, danışıqlarda iştirak etməkdən imtina edib.

“Bugünkü görüşə qaldıqda, o hələ bitməyib. Amma mən getməliyəm”, - deyə nazir bildirib.

Suriya danışıqlarında Fransanı XİN-in siyasi işlər üzrə direktoru təmsil edəcək.

Bundan əvvəl isə xəbər verilmişdi ki, Fabius Parisə danışıqlar bitəndən sonra qayıdacaq.

Şərhlər

Çox oxunanlar