Biz İslamla döyüşmürük - Baş nazir
14.11.2015 17:38 Dünyadan reaksiya 1932
Niderland hökuməti Parisdə baş verən terror aktları ilə əlaqədar olaraq, ölkənin sərhədlərində və aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Ryutte bildirib.
O, “İslam dövləti”(İŞİD) qruplaşmasının Avropa İttifaqı ilə müharibə apardığını deyib: “İŞİD bizim düşmənimizdir. Biz İŞİD-lə müharibə şəraitindəyik. Ölkə ilə, əqidə və ya İslam ilə döyüşmürük”.
Ryutte vurğulayıb ki, Avropa dəyərləri və qanunları terrorçuların fanatizmindən güclüdür.
Şərhlər