Azərbaycan-Rusiya sərhədində qaydalar sərtləşdirilə bilər

14.11.2015 17:54     Dünyadan reaksiya     2005

Rusiya Federasiya Şurası Parisdən baş verənlərdən sonra, Suriya münaqişəsi və İŞİD-in fəaliyyəti ilə əlaqəli ölkələrdən gələn şəxslərlə bağlı sərhəd nəzarətini gücləndirməyi tələb edib.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə FŞ-nın vitse-spikeri İilyas Umaxanov bildirib.

O, coğrafi şəkildə İŞİD-lə əlaqəli olan şəxslərin Rusiyanın sərhəd məntəqələrində ciddi yoxlanılmasını vacib hesab etdiklərini deyib.

1990-cı illərdə Azərbaycan-Dağıstan sərhəd-keçid məntəqələrindəki sərt qaydaları xatırladan senator vurğulayıb ki, o vaxt ancaq Azərbaycan vətəndaşları Rusiyaya buraxılırdı.

Şərhlər

Çox oxunanlar