Ərdoğan və Putin təklikdə görüşdü
16.11.2015 11:16 Dünyadan reaksiya 2253
Türkiyənin ev sahibi olduğu G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirir.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki,günün son görüşməsini Rusiya prezidenti Viladimir Putinlə baş tutub.
Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib. Görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Firudin Sinirlioğlu, enerji və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun, MİT məsləhətçisi Hakan Fidan və Rusiya tərəfindın xarici işlər naziri Sergey Lavrov iştirak ediblər.
Jurnalistlərin görüntü aldığı zaman Ərdoğanın "Merkel ilə görüşünüz necə keçdi"? sualına Putin ingilis dilində “good, very good" cavabını verib.
Prezidentlər görüş ərzində Suriya və qaçqın problemini müzakirə edib. Ərdoğan Putinə Bəşər Əsədi dəstəkləməsilə bağlı tərddüdlərini dilə gətirib. Həmçinin, Ərdoğan Əsəd rejiminin dəyişməməsi təqdirində problemlərin və münaqişələrin artacağına dair mesajlar verib.
Qeyd edək ki, Ərdoğan və Putinin növbəti görüşünün dekabrın 15-də Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında keçirilməsi planlaşdırılır.
Şərhlər