Fransa İŞİD-i "ürəyindən" vurdu
16.11.2015 11:20 Dünyadan reaksiya 2280
Fransa Parisi qana boyayan İŞİD terrorçularından qisasını aldı. 132 nəfərin terror qurbanı olmasından sonra Fransa hərəkətə keçib.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Fransa hava qüvvələri terrorçuların Suriyadakı ürəyi hesab edilən qalasına bomba yağdırıb.
İŞİD-ın qalası olaraq bilinən Rakka şəhəri bu gecə koalisiya qüvvələri tərəfidnən bombardıman edilib.
Yayılan açıqlamada qeyd edilir ki, bombardımanda 12 qırıcı iştirak edib. Onlar 20 hədəfə bomba yağdırılıb. Fransa müdafiə nazirliyi Birləşmiş Ərəb Əmirliyi və İordaniyadan havaya qalxan qırıcıların vurduğu hədəflər arasında İŞİD-ın təlim mərkəzi, silah anbarı, idarə mərkəzi olub.
Fransanın paytaxtı Parisdə cümə günü axşam saatalarında 7 terror aktı həyata keçirilib. Konsert salonu, futbol stadionun yaxınlığı da olmaqla həyata keçirilən partlayışlar zamanı 132 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu hadisədən sonra açıqlama verən ölkə prezidenti Fransua Olland terrorla mübarizəni acımasız şəkildə davam etdirəcəklərini açıqlamışdı.
Bu arada Parisdəki terror hadisələrini törətməkdə şübhəli bilinən şəxslərin adları açıqlanıb:
Salah Abdeslam 26 yaş - axtarılır
Mohammed Abdeslam - Belçikada yaxalanıb
Brahim Abdeslam 31 - Voltaire Bulvarında özünü partladıb
İsmail Omar Mostefai 29 - "Bataklan" konsert salonunda ölüb
Bilal Hadfi 20 - "Stade de France" stadionu yaxınlığında öldürülüb
Ölən digər 4 terrorçunun isə adı açıqlanmayıb.
Terror hadisəsindən sonra Fransada matəm elan edilib.
Axtarışda olan Salah Abdeslam
Şərhlər