İŞİD “paytaxt”ına bombalı mesaj - “Parisdən sevgi ilə”

16.11.2015 12:22     Dünyadan reaksiya     2393

Fransa ötən gecə “İslam dövləti” (İŞİD) qruplaşmasının “paytaxt”ı kimi bilinən Raqqa şəhərinə qisas xarakterli hava zərbələri endirib.

Reaksiya.az xəbər verir ki, noyabrın 13-dən 14-nə keçən gecə Parisdə baş vermiş terror aktlarından sonra təşkil olunmuş bu hava əməliyyatlarında istifadə olunmuş bombaların fotoları sosial şəbəkələrdə yayılıb.

10 təyyarənin qatıldığı hava əməliyyatında bombaların üzərində “From Paris with love” (“Parisdən sevgi ilə”) sözləri yazılıb. 

Şərhlər

Çox oxunanlar