Türkiyə Çinə raket sifarişini ləğv etdi - 3,4 milyardlıq sövdələşmə "batdı"
16.11.2015 13:07 Dünyadan reaksiya 2051
Türkiyə və Çin arasında havadan müdafiə sistemləri və uzun mənzilli yer-hava raketləri ilə bağlı 26 aya qədər davam edən danışıqlar baş nazir Əhməd Davudoğlunun qərarı ilə dayandırılıb.
Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin bu danışıqlar nəticəsində Çindən 3,4 milyard dollar dəyərində silah alanacağı gözlənilsə də, mənbələr Davudoğlunun Baş Qərargah rəisi Hulusi Akarla görüşdən sonra son qərara gəldiyini bildirib.
Türkiyənin hakimiyyət dəhlizlərində dolaşan məlumatlara görə, baş nazirin bu qərarı Türkiyənin milli raket istehsalı ilə bağlı yeni layihənin başlayacağına işarədir və bu barədə yaxın günlərdə açıqlama veriləcək. Eyni zamanda qeyd olunur ki, başda ABŞ və NATO olmaqla, Türkiyənin yaxın müttəfiqləri bu sövdələşməyə qarşı çıxıb, həmçinin paralel olaraq Fransa, İtaliya və ABŞ firmalarından alternativ təkliflər göndərilib.
Türkiyə, 2013-cü ilin sentyabrında toplanan Müdafiə Sənaye İcraiyyə Komitəsinə ən uyğun təklifi verən Çin ilə danışıqlara başlamış, Fransa-İtaliya ortaqlığı ilə ABŞ-ın təklifləri ikinci və üçüncü sıralarda yer almışdı. Türkiyənin bu ciddi layihədə Çin ilə müzakirələrə başlaması xüsusilə NATO və ABŞ-ın reaksiyasına gətirib çıxarmışdı. Ancaq Çin ilə texnologiya transferi kimi mövzularda yaşanan fikir ayrılıqları səbəbiylə, 26 ay ərzində müzakirələrdə yekun qərar alına bilməmişdi.
Çin Türkiyəyə CPMIEC firmasının 20 kilometr hündürlük və 100 kilometr məsafədə hədəfi vura bilən FD-2000 sistemini təklif etmişdi. Hələ də Çin Ordusunda istifadə HQ-9 mərmi müdafiə etmə sisteminin bir bənzəri olaraq hazırlanan FD-2000-in ilk rəsmi müştərisi də Türkiyə olmuşdu. Sistemə inteqrasiya edilən YLC-20 sensorlar ilə radara tutulmama xüsusiyyəti olan raketlərin də təsbit edilməsi nəzərdə tutulur. 3,4 milyard dollarlıq sifarişi aparan əlaqədar firma ABŞ tərəfindən qara siyahıya alınmışdı.
Şərhlər