Liderlər yemək vaxtı da Suriyanı unutmadı

16.11.2015 13:22     Dünyadan reaksiya     2035

Türkiyənin Antalya şəhərində keçirilən G 20 sammitində liderlər şam yeməyi vaxt da mühüm məsələləri müzakirə ediblər.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər terrorizm və qaçqın böhranından danışıblar.

Çıxışlarda Parisdəki hücumların bir daha terrorizmin qlobal bir məsələ olduğunu açıq şəkildə ortaya qoyduğu vurğulanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 1970-ci illərdən etibarən terror hücumlarına məruz qaldığını, terrorun hər növünə qarşı olduğunu və terrorla mübarizədə qərarlı olduqlarını vurğulayıb.

Prezident Türkiyənin Suriya ilə 911 kilometr, İraq ilə 384 kilometr uzunluğunda sərhəddi olduğunu xatırladaraq müttəfiq ölkələr arasındakı əməkdaşlıq, informasiya və kəşfiyyat məslələrinin daha da gücləndirilməsinin vacibliyinə qeyd edib.

Həmçinin, Ərdoğan PKK, PYD və İŞİD kimi təşkilatlarının hər birinin terror təşkilatı olduğunu və onların bir-biri ilə mübarizə aparmaqlarının terror təşkilatı olduqları həqiqətini dəyişməyəcəyini bildirib.

Şam yeməyi zamanı ofisiantların sinxron formada xidmətinə dair foto da sosial mediada böyük maraqla qarşılanıb.

Şərhlər

Çox oxunanlar