Sinan Oğan "saray layihəsi"dir! - MHP sədrindən sərt bəyanat
16.11.2015 14:54 Dünyadan reaksiya 1922
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın nizam-intizam komissiyasının qərarıyla üzvlükdən çıxarılmış, amma məhkəmə qərarı ilə geri qayıdan sabiq İqdır millət vəkili Sinan Oğan barəsində sərt ifadələr işlədib.
Reaksiya.az xəbər verir ki, D.Baxçalı Sinan Oğanı “saray layihəsi” adlandırıb.
Onun sözlərinə görə, Oğanın partiyaya qayıdışı şübhəlidir və məhkəmə sədri işlə bağlı sənədlərə baxmadan qərar verib. Baxçalı vurğulayıb ki, “bu, AKP-nin oyunudur”.
“Bu prokurorların başqa işi yoxdurmu? İyirmi gündür girilə bilməyən vilayətlər var. Kobani hadisələrindən sonra, niyə HDP ilə bağlı hərəkətə keçmədilər?”, - deyə qəzəblənən MHP sədri öz partiyasında və CHP-də növbədənkənar qurultay çağırışlarının təsadüfi olmadığını qeyd edib.
Şərhlər