G-20 liderləri ailə fotosunu imzaladı

16.11.2015 15:36     Dünyadan reaksiya     1925

Türkiyənin ev sahibliyi etdiyi G-20 sammitində liderlər çəkdirdikləri ailə fotosunu imzalayıblar.

Reaksiya.az xəbər verir ki, ailə fotosu dünən saamitin keçirildiyi otelin qarşısındakı platformada çəkilib.

Ailə fotoşəkilinə başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla ABŞ prezidenti Barak Obama, Çin prezidenti Xi Jinping, Yaponiya baş naziri Sindzo Abe, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Almaniyanın baş konsleri Angela Merkel, Kanadanın baş naziri Justin Trudeau, Cənubi Koreyanın baş naziri Park Geun-Hye, Braziliya prezidenti Dilma Rousseff, Avstraliya baş naziri Malcolm Turnbull, Sinqapur baş naziri Lee Hsien Loong, BMT baş katibi Pan Gi Mun, İspaniyanın baş naziri Mariano Rajoykimi adlar imza atıb.

Şərhlər

Çox oxunanlar