Böyük Britaniya və Rusiya münasibətləri bərpa edəcəklər - Peskov

16.11.2015 15:48     Dünyadan reaksiya     2007

Davam edən fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Britaniya  qarşılıqlı münasibətlərin bərpasına maraq göstərirlər.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, beynəlxalq siyasətdə fikir ayrılığı və ziddiyyətlərə baxmayaraq, tərəflər qarşılıqlı əməkdaşlığa maraqlıdırlar. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında görüş keçirilib, terrora qarşı birgə mübarizə müzakirə olunub. Xatırladaq ki, bir neçə dəfə Rusiya İŞİD-in mövqeləri ilə bağlı Britaniyadan dəstək edib, lakin qarşı tərəf bu istəyi rədd edib.

Şərhlər

Çox oxunanlar