“Böyük İyirmiliyin” Antalya Sammiti başa çatıb
17.11.2015 01:43 Dünyadan reaksiya 1829
Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliyə” (G20) üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının Sammiti noyabrın 16-da başa çatıb.
Reaksiya.az xəbər verir ki, iki gün davam edən Zirvədə dünya liderləri beynəlxalq təhlükəsizlik, qlobal iqtisadiyyatın inkişafı, beynəlxalq terrorizmlə mübarizə, maliyyə sabitliyinin qorunması, qaçqınlar probleminin həlli və digər məsələləri müzakirə ediblər.
Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları arasında bir sıra ikitərəfli görüşlər keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin və başqaları sammitin yekunları ilə bağlı mətbuat konfransları keçiriblər. Beynəlxalq terrorizmə qarşı mübarizənin genişləndirilməsinin vacibliyi mətbuat konfranslarının əsas mövzusu olub.
Sammit terrorizmə qarşı birgə mübarizə və dünya iqtisadiyyatının idarə olunmasına dair bəyannamələr qəbul edib.
Türkiyədən sonra “Böyük İyirmiliyə” Çin Xalq Respublikası sədrlik edəcək.
Şərhlər