Terror aktları qurbanlarının sayı artıb
17.11.2015 05:40 Dünyadan reaksiya 1817
2014-cü ildə terror aktları qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Qlobal Terrorism İndeksi adlı hesabatında deyilir.
Qurumun məlumatına görə, 2014-cü ildə törədilən terror aktları nəticəsində 32 658 nəfər ölüb. Müqayisə üçün, 2000-ci ildə 3 min 329 nəfər terrorizmin qurbanı olub.
Ən çox insan həyatı aparan terror aktları Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyada qeydə alının. Bu 5 ölkənin payına dünyada baş verən terror aktlarının 78 faizi düşür. İlk onluğa həmçinin Hindistan, Yəmən, Somali, Liviya və Tailand daxildir.
Şərhlər