ABŞ suriyalı qaçqınları qəbul etməkdən imtina edib

17.11.2015 04:39     Dünyadan reaksiya     1781

ABŞ-ın 11 ştatı suriyalı qaçqınları qəbul etməkdən imtina edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Texas, Miçiqan, Florida, İllinoys, Şimali Karolina, Luiziana, İndiana, Arkanzas, Arizona, Alabama və Massaçusets ştatları bəyan edib.

Buna səbəb kimi isə “ictimai təhlükəsizlik” göstərilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner Suriyadan olan qaçqınlarla bağlı planların dəyişmədiyini bildirib: “2016-cı  ildə azı 10 min suriyalı qaçqını qəbul etməyə planlaşdırmışıq. Düşünürəm ki, biz təhlükəsizliyi qorumaq şərti ilə bunu həyata keçirəcəyik”. 

Şərhlər

Çox oxunanlar