​Avropa liderlərinin təyyarəsi təcili Türkiyə aeroportuna geri qaytarılıb

17.11.2015 08:44     Dünyadan reaksiya     1705

Antalyada keçirilən G-20 sammitindən sonra Brüsselə uçmalı olan Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun göyərtəsində olduğu təyyarə bazar ertəsi axşam Türkiyə hava limanına geri qaytarılıb.

Reaksiya.az reporta istinadən xəbər verir ki, Avropa İttifaqı nümayəndəsinin sözlərinə görə, təyyarə təhlükəsizlik səbəbi ilə yubadılıb.

Yunker və Tusk Antalyadan Brüsselə Hollandiyanın KLM aviaşirkəti ilə getməli imişlər.

Aİ nümayəndələrinin sözlərinə görə, hər iki yüksək çinli məmur çərşənbə axşamı onları Brüsselə aparacaq digər təyyarəni gözləməli olacaqlar.

Antalya hava limanından "Reuters"ə verilən məlumata görə, digər reyslər cədvəl üzrə uçub.

Təhlükəsizlik tədbirləri noyabrın 13-də Parisdə törədilən silsilə terror aktlarından sonra gücləndirilib. Baş verən terror aktları nəticəsində 130 nəfər həyatını itirib.

Şərhlər

Çox oxunanlar