Parisdə terror törətməkdə şübhəli bilinənlərdən biri tutulub

17.11.2015 04:02     Dünyadan reaksiya     1674

Belçikanın paytaxtı Brüsseldə keçirilən antiterror əməliyyatı nəticəsində Parisdə terror törədilməsində iştirakda şübhəli bilinən Abdeslam Salah tutulub.

Reaksiya.az reporta istinadən xəbər verir ki, Abdeslam Salah 1989-cu ilin sentyabrın 15-də Belçikanın paytaxtında anadan olub. O, Brüsselin Molenbek yaşayış məntəqəsində qeydiyyata alınıb.

Xəbərdə bildirlib ki, polis onu saxlayarkən odlu silahdan istifadə etməyib. Şübhəliyə qarşı gözyaşardıcı qaz və şokyaradıcı qumbara təbiq edilib. Bundan sonra polis onu tutub.  
Fransa onun barəsində beynəlxalq axtarış elan etmişdi.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktı nəticəsində 131 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdı. 

Şərhlər

Çox oxunanlar