Fransa İŞİD düşərgələrini məhv etdi

17.11.2015 10:50     Dünyadan reaksiya     1852

Fransa hərbi-hava qüvvələri yenidən “İslam dövləti” (İŞİD) terror qruplaşmasına aid mövqelərə zərbə endirib.

Reaksiya.az xəbər verir ki, hava zərbələri noyabrın 16-dan 17-nə keçən gecə, BƏƏ və İordaniyadan uçan 10 təyyarə tərəfindən Suriyanın Raqqa vilayəti ərazisində həyata keçirilib.

İŞİD-in faktiki “paytaxt” funksiyasını yerinə yetirən Raqqa şəhəri və ətrafında qruplaşmanın komanda mərkəzi və “döyüşçülərin cihada qəbul mərkəzi” hesab olanan düşərgə məhv edilib.

Adıkeçən qruplaşma noyabrın 13-də Parisdə silsilə terror aktları törətmiş, 130-a yaxın insanın ölümünə səbəb olmuşdu. Rəsmi Paris bəyan edib ki, terror aktlarından sonra, Fransanın islamçıları bombalamaq üçün tam qanuni haqqı var. Qeyd edək ki, Fransa "qisas" əməliyyatına noyabrın 15-də başlayıb, üzərində "From Paris with love" ("Parisdən sevgi ilə") sözləri yazılan bombaların fotoşəkilləri sosial mediada da paylaşılıb. 

Şərhlər

Çox oxunanlar