Parisdə “ölən” suriyalı Serbiyada tutuldu

17.11.2015 11:09     Dünyadan reaksiya     1992

Ötən həftə Parisdə baş vermiş terror aktından sonra intiharçının cəsədi yanında aşkarlanan pasportdakı məlumatlarla eyni kimliyə malik şəxs Serbiyada saxlanılıb.

Reaksiya.az xəbər verir ki,  “The Guardian”  qəzeti Ahmed al-Muhammed adlı Suriya vətəndaşının Presovo şəhərindəki qaçqın düşərgəsində aşkarlandığını yazıb.

Qeyd olunur ki, həmin şəxsin pasportu ilə intiharçının üzərində tapılan sənəddə bütün məlumatlar üst-üstə düşür, lakin şəkillər fərqlənir.

Şərhlər

Çox oxunanlar