Yanukoviç günahlarını etiraf etdi

23.06.2015 09:55     Dünyadan reaksiya     1752

Ukraynanın keçmiş prezidenti ölüm hallarına görə məsuliyyətin bir hissəsini üzərinə götürüb

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında devrilməsinə yol açan ölüm hallarına görə məsuliyyətin bir hissəsini üzərinə götürüb.

Reaksiya.Az-ın məlumatına görə, bunu keçmiş prezident BBC-yə müsahibəsində bildirib.

Kiyevin Maydan meydanında nümayişçilərə atəş açılması ilə bağlı suala cavabında deyib: "Mən məsuliyyətimi inkar etmirəm. Təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri verməmişəm. Ancaq etiraf edirəm ki, qan tökülməsinin qarşısını almaq üçün lazım olanı etməmişəm. Odlu silahdan istifadə etməyə göstəriş verməmişəm. Bu, mənim səlahiyyətimə daxil deyildi. Mən gücdən istifadəyə, qan tökülməsinə qarşı idim. Ancaq təhlükəsizlik qüvvələri mövcud qanunlara uyğun olaraq borclarını yerinə yetiriblər. Onların silahdan istifadə hüququ var”.

Xatırladaq ki, Kiyevin mərkəzi meydanında polislə bir neçə aylıq qarşıdurmadan sonra toqquşmalarda 100-dən çox etirazçı həlak olub. Prezident Viktor Yanukoviç ötən il fevralın 23-də Rusiya xüsusi qüvvələri tərəfindən ölkədən çıxarılıb və hazırda Rusiyada yaşayır.

Şərhlər

Çox oxunanlar