"Kişi ölmədi...sağdır" - SEPAH sözçüsü
17.11.2015 12:05 Dünyadan reaksiya 2437
İnqilab Mühafizlərinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri general Şərif Qərb mediasının general Qasım Süleymaninin ölümünə dair dərc etdiyi xəbərin həqiqəti əks etdirmədiyini dilə gətirib.
Reaksiya.az İran mətbuatına istinadən xəbər verir ki, İran İnqilab Mühafizlər Ordusunun İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən xəbərə görə General Şərif general Süleymaninin ölümü ilə bağlı yayılan xəbərlərə reaksiya verib: "Ümumiyyətlə, qərb mediası öz arzu və istəklərini mətbuatdan və sosial şəbəkələrdən istifadə edərək xəbər şəklində yaymağa çalışırlar. General Süleymaninin öülüm ilə bağlı xəbərlər də bu qəbildəndir".
Şərhlər