İŞİD yeni səviyyəyə yüksəlib - ABŞ kəşfiyyatının rəhbəri
17.11.2015 12:19 Dünyadan reaksiya 1867
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “İslam dövləti” (İŞİD) qruplaşmasının yeni terror aktları törədəcəyini istisna etmir.
Reaksiya.az xəbər verir ki, bu barədə MKİ rəhbəri Con Brennan bildirib.
MKİ direktoru qeyd edib ki, Parisdə baş verənlər İŞİD-in son əməliyyatı deyil.
Brennan İŞİD-in son təhdid videolarına əsasən vurğulayıb ki, qruplaşmanın artıq Avropada şaxələnəcək qədər güclənib. Onun sözlərinə görə, yeni terror aktları istisna olunmur və terrorçular artıq təşkilatçılıqda “yeni səviyyəyə yüksəliblər”.
MKİ rəhbəri qaçqın axınının da terrorçuları izləməyə çətinlik törətdiyini əlavə edib.
Şərhlər