Terrorçular cəzalandırılacaq! - Putin A321-dən danışdı
17.11.2015 12:34 Dünyadan reaksiya 1975
Rusiya prezidenti Vladimir Putin və Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov oktyabrın 31-də Misirdə qəzaya uğramış A321 avialaynerinin terror aktına məruz qalması faktını rəsmən təsdiq ediblər.
Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Suriyada hava zərbələrinin artırılacağını və terrorçuları ağır cəzalandıracağını bəyan edib.
O, nəinki hava zərbələrini davam etdirməyi, daha da gücləndirməyi vacib bildiyini deyib. Hökumət terrorçular haqda məlumat verən şəxslərə 50 milyon dollar mükafat vədi verib.
Şərhlər