Ermənistanda xalq mafiya rejiminə qarşı ayağa qalxdı - VİDEO - FOTOLAR
23.06.2015 10:55 Dünyadan reaksiya 2210
İrəvanda elektrik enerjisi tariflərinin artırılması ilə bağlı keçirilən etiraz aksiyasının bu səhər dağıdılması zamanı dəhşətli dəqiqələr yaşanıb.
Reaksiya.Az-ın məlumatına görə, mitinqçilərə hücum edənlərin sırasında mülki geyimli kişilər, polis əməkdaşları və xüsusi təyinatlılar olub. Onlar insanları yerə yıxaraq paltarını soyundurur, onlara zərbələr endirir, ana söyüşləri ilə təhqir ediblər. Onlarla insan həbs edilib. Təxminən saat 05:30-da Baqramyan prospektində, yəni Ermənistan prezidentinin adminstrasiyasının binası qarşısında etiraz edənlərə qarşı suvuranlardan istifadə edilib. Güclü su şırnağı qaçanların üzərinə nizamsız şəkildə yönəldilib. Mülki geyimli insanlar qaçanlara qarşı xüsusi amansızlıq ediblər. 200-dən çox adam həbs edilib.
Şərhlər