Terrorçunu tapana 50 milyon mükafat
17.11.2015 14:50 Dünyadan reaksiya 1925
Rusiya Federal Xidmət Bürosu 224 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı məlumat yayıb.
Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, FXB rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, A321 təyyarəsinə əldə hazırlanan bomba yerləşdirilib. Ekspertlər təyyarənin qalıqları arasından partlayıcının izlərini aşkar ediblər.
Rusiya prezidenti Vladimir Putin təyyarənin terror aktı nəticəsində qəzaya düşdüyünü təsdiqləyib: “Rusiya ilk dəfə deyil ki, heç bir səbəb olmadan terror aktları ilə üzləşir. Rusiya təyyarəsini partladan terrorçuları dünyanın istənilən nöqtəsindən tapıb cəzalandıracağıq”.
Rusiyaya məxsus A321 sərnişin təyyarəsinin terror aktı olması açıqlandıqdan sonra hökumət terrorçular haqda məlumat verən şəxslərə 50 milyon dollar mükafat vədi verib.
Şərhlər