Rusiya aviaşirkətlərinə Azərbaycanla bağlı xəbərdarlıq olundu
17.11.2015 17:26 Dünyadan reaksiya 2044
Rusiya aviaşirkətlərinə Azərbaycan da daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib. Mülki Aviasiya Xidmətindən ("Rosaviasiya") daxil olan siyahıda 47 ölkənin adı yer alır.
Rusiya Federasiyası aviaşirkətlərinə 47 ölkəyə hava uçuşları zamanı təhlükəsizlik tədbirləri artırmağı tövsiyə olunub.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu ölkələr arasında Azərbaycan da var. Belə ki, 47 ölkəyə, o cümlədən, ABŞ və Avropa ölkələrinə Rusiya aviaşirkətlərinin aeroportlardan yerüstü xidmətlərdə ehtiyatlı olmağı tövsiyyə olunur.
Siyahıya Azərbaycanla yanaşı aşağıdakı ölkələr var:
Avstriya
Əlcəzair
Əfqanıstan
Böyük Britaniya
Almaniya
Yunanıstan Misir
ABŞ
Türkiyə BƏƏ və s. ölkələr də var.
Xəbərdarlıqda deyilir ki, aviaşirkətlər bu ölkələrə uçuşlar təşkil edərkən yüksək təhlükəsizlik tədbirləri görsünlər.
Həmçinin, tövsiyyə olunur ki, mümkün olduqda təyyarələrə texniki xidmətləri Rusiya aviaşirkətlərinin üzvləri həyata keçirsinlər, həmin ölkələrin aeroportlarında texniki xidmətlərdən istifadəni mümkün qədər məhdudlaşdırsınlar.
Bundan başqa, sərnişinlərə ehtiyatdan özləri ilə su və quru ərzaq götürmələri də məsləhət görülür.
Bu xəbərdarlıq Rusiyaya məxsus A 321 təyyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlıdır. Belə ki, bu il oktybarın 31-də Rusiyaya məxsus A 321 təyyarəsi Şarm-əş-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.
Cari ilin noyabrın 10-da Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşları üçün 45 təhlükəli ölkələrin siyahını dərc edib. Siyahıda Azərbaycanın da adı var.
Təhlükəli ölkələrin siyahısına Əfqanıstan, Burundi, Mərkəzi Afrika Respublikası, Tunis, Çad, Qvineya, və digərləri daxil edilib. Siyahıda ən təhlükəli ölkə isə hazırda vətəndaş müharibəsinin davam etdiyi dövlət Suriya hesab olunur.
Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.
Şərhlər