Türkiyə Böyük Mİllət Məclisi bu gün öz işinə başlayır

23.06.2015 11:47     Dünyadan reaksiya     1892

 

 

TBMM 25 – ci dönəm sessiyası bu gün millət vəkillərinin andiçmə mərasimi ilə başlayacaq. Məclisdəki ilk iclası ən yaşlı üzv olan Deniz Baykal idarə edəcək. Baykala Başqanlıq Divanından 6 nəfər yoldaşlıq edəcək.

7 iyun seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) 25 – ci dönəm millət vəkilləri bu gün keçiriləcək ilk iclasda Ümumi heyətdə and içəcək. Türkiyə saatı ilə saat 15 – də başlayacaq iclası ən yaşlı üzv kimi Cümhuiriyyət Xalq Partiyası (CHP) Antalya millət vəkili Dəniz Baykal (77) idarə edəcək. Baykal, vəzifəni keçmiş spiker Cəmil Çiçekdən alacaq.

Məclisdəki ən gənc millət vəkili olan 6 nəfər isə müvəqqəti sədarət üzvü kimi başqanlıq divanında olacaq və Deniz Baykala kömək edəcək. Müvəqqəti Məclis Başçısı Deniz Baykala kömək edəcək olan gənc vəkillər iclasda sıra ilə millət vəkillərinin adlarını oxuyacaq. Terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın qardaşı qızı HDP Millət vəkili Dilek Öcalan da Başqanlıq divanından yer alacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Məclisdə bu gün keçiriləcək andiçmə mərasimini izləyəcəyi bildirilib. Ərdoğan, saat 15 – dən etibarən iclası Prezident üçüm ayrılan lojada təqib edəcək.

Şərhlər

Çox oxunanlar