Ərdoğan Əhməd Davudoğluna tapşırıq verdi
18.11.2015 01:25 Dünyadan reaksiya 1772
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd Davudoğluna hökumətin formalaşdırılmasına dair tapşırıq verib. Reaksiya.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti administrasiyasının saytında dərc edilmiş rəsmi məlumatda bildirilir.
“Prezident Rəcəb Tayyip Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının rəhbəri Əhməd Davudoğlunu qəbul edib və ona Türkiyənin 64-cü hökumətini formalaşdırılmağı tapşırıb”, deyə məlumatda bildirir.
Yeni hökumətin tərkibinin artıq sabah, noyabrın 18-də, elan ediləcəyi gözlənilir. Türkiyə Konstitusiyasına əsasən, parlament 45 gün müddətində yeni hökuməti təsdiq etməlidir.
Qeyd edək ki, noyabrın 1-də Türkiyədə keçirilmiş vaxtından əvvəl parlament seçkilərinin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası parlamentdə üstünlük (səslərin 49,50 faizi və ya 550 yerdən 317-si) və təkpartiyalı hökumət formalaşdırmaq hüququ qazanıb. Parlamentdə həmçinin Cümhuriyyət Xalq Partiyası (səslərin 25,32 faizi və ya 134 yer), Xalqların Demokratik Partiyası (səslərin 10,76 faizi və ya 59 yer), Milliyyətçi Hərəkat Partiyası (səslərin 11,90 faizi və ya 40 yer) yer alıb.
Şərhlər