Parisdə yenidən silah səsləri eşidildi
18.11.2015 10:08 Dünyadan reaksiya 1769
Şəfəq əməliyyatı başladı, əhaliyə küçəyə çıxmamaq xəbərdarlığı edildi.
Fransanın paytaxtı Parisdə törədilən terorun şübhəlilərinin axtarışı davam edir.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Fransa polisi paytaxtın şimalındakı Saint Denis məhləsində şəfəq əməliyyatı keçirib. Şübhəlilər bir binanın girişində yaxalanıblar.
Adıçəkilən ərazidən güclü silah səsləri eşidilib. Fransa televiziyası əməliyyat zamanı yaralanan polislərin olduğunu da deyib.
Səhər saat 05 radələrində başlayan əməliyyat üç kamikadzenin özünü partlatdığı "Stade de France" stadionunun yaxınlığında gerçəkləşib.
Saint Denis əməliyyatının Paris terrorunun beyni olduğu zənn edilən Saleh Abdelslam və doqquzuncu şübhəlini yaxlamaq üçün keçirildiyi iddia edilir.
Əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Bu arada Fransa təyyarələrində də bomba həyəcanı yaşanıb. ABŞ-dan Fransaya uçan "Air France" aid iki təyyarə bomba olması barədə xəbərdən sonra təcili eniş edib.
Şərhlər