“Türklərlə əməliyyata başlayırıq!" - ABŞ dövlət katibi
18.11.2015 10:31 Dünyadan reaksiya 2073
ABŞ dövlət katibi John Kerry Türklərlə əməliyyata girəcəklərini bildirib.
O, bildirib ki, Suriyanın şimal sərhədinin 75% - i bağlanıb:
“Türklərlə geri qalan 98 kilometri bağlamaq üçün əməliyyata giririk".
Reaksiya.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə CNN televiziyasına müsahibə verən Kerry Suriyada İŞİD terror təşkilatına qarşı icra ediləcək əməliyyatlar haqqında açıqlamalar verib. Kerry Sincar bölgəsini xilas etdiklərini, yaxınlarda olan birliklərə doğru hərəkət etdiklərini bildirib:
“ Raqqada Fransa və Rusiyanın artan hücumlarını müşahidə edirik".
Türkiyə ilə Suriyanın şimalında birlikdə hərəkət etdiklərini deyən Kerry Suriyanın şimal sərhədlərini 75% -nin bağlandığını bildirib:
“Türklərlə geri qalan 98 kilometri bağlamaq üçün əməliyyata giririk. Böyük səy göstərİrik. Şəxsi qüvvələrimizlə bölgədəyik. İŞİD-in üstündə daha çox təzyiq meydana gəldiyini düşünürük”.
Şərhlər