Krımda qalan keçmiş ukraynalı əsgərlər Suriyaya göndərilir
18.11.2015 10:38 Dünyadan reaksiya 2441
Rusiya vətəndaşlığı əldə edən keçmiş ukraynalı əsgərlər Suriya müharibəsində iştiraka məcbur qalırlar. Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra yarımadada qalmağı qərara alan keçmiş ukraynalı əsgərlər kütləvi şəkildə Suriyaya göndərilir.
Reaksiya.az Ukraynanın UNN xəbər agentliyinə istinadən xəbər verir ki, ilhaq edilən Krımda Rusiya vətəndaşlığını əldə edən çox sayda keçmiş ukraynalı əsgər Yaxın Şərqə göndərilir. Bununla birlikdə əsgərlərin bunu ya qəbul etməli, ya da istefaya getməli olduqları qeyd edilir.
Xatırladaq ki, Rusiya Hava Qüvvələri 2015-ci ilin sentyabr ayının sonunda Suriyada hücumları intensivləşdirməyə başladı. Rusiya Müdafiə Nazirliyinin hesabatlarına görə, bu günə kimi Hələb, Şam, İdlib, Lazkiye, Raqqa, Hama və Humus bölgələrində 448 nöqtəyə 137 hərbi uçuş reallaşdırılıb.
Şərhlər