Rusiya və Fransa İŞİD-ə qarşı birgə döyüşəcək
18.11.2015 10:46 Dünyadan reaksiya 2183
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransis Olland İŞİD ilə mübarizədə iki ölkənin hərbi qüvvələrinin və xüsusi xidmət orqanlarının hərəkətlərinin koordinasiya edilməli olduğu ilə bağlı razılığa gəliblər.
Reaksiya.az xəbər verir ki, Kremldən verilən açıqlamada iki ölkə liderlərinin bu anlaşmaya Fransanın təşəbbüsü ilə reallaşan telefon danışığı zamanı gəldikləri ifadə edilib.
Verilən açıqlamada bildirilib ki, liderlər beynəlxalq terrorizmə qarşı ikili və çox tərəfli əməkdaşlığa prioritet verməyə qərar veriblər: “Tərəflər Suriyada İŞİD -ə qarşı həyata keçirilən əməliyyatlar zamanı iki ölkənin hərbi qüvvələri və xüsusi xidmət orqanları arasında daha möhkəm təmasın qurulmalı olduğunu ifadə ediblər".
Şərhlər