Bunu Putinlə şəxsən danışacağam - Obamanın arzuları
18.11.2015 12:36 Dünyadan reaksiya 1929
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiyanın “İslam dövləti” (İŞİD) qruplaşmasına qarşı mübarizəsini həmişə dəstəkləyib.
Reaksiya.az “Bloomberg”ə istinadən xəbər verir ki, Obama Rusiyadan İŞİD-ə qarşı mübarizəyə daha çox diqqət ayırmağı gözlədiyini şəxsən Putinə çatdıracaq.
Onun sözlərinə görə, Rusiya diqqətini daha çox Bəşər Əsədin dəstəkləməyə yönəldib, lakin A321 laynerinin terror aktı olması barədə məlumatlar Moskvanın bu məsələyə yanaşmasını dəyişə bilər.
Obama vurğulayıb ki, Rusiya Vyana danışıqlarınd akonstruktiv tərəfdaş kimi çıxış edib, amma Əsədlə bağlı məsələlərdə fikir ayrılığı qalıb.
ABŞ prezidenti əlavə edib ki, əgər Rusiya öz diqqətini İŞİD-ə qarşı mübarizəyə yönəltsə, bu, məhz “ABŞ-ın görmək istədiyi şey” olacaq.
Şərhlər