Varis tapa bilmirəm, məndən möhkəm yapışın! - Nazarbayev

18.11.2015 12:54     Dünyadan reaksiya     1834

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hələ varis tapmayıb.

Reaksiya.az “İnterfax”a istinadən xəbər verir ki, Nazarbayev hələ onu vəzifəsində əvəz edəcək şəxsi tapa bilmədiyini bildirib.

“Əvəz axtarmağa başlayanda görürsən ki, ətrafda hər şey tapdalanıb. Heç kim yoxdur, tək mənəm. Heç kiminiz yoxdur, ona görə də, məndən möhkəm yapışın”, - deyə prezident geniş hökumət iclasında bildirib.

Prezident zarafatla əlavə edib ki, növbəti davamçı “daha da pis” olacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, Qazaxıstan vətəndaşlarının pasportlarında Nazarbayevin sitatları dərc olunacaq.

Şərhlər