Parisdə yeni terror aktları gözlənilir

18.11.2015 14:04     Dünyadan reaksiya     1989

Parisin Sen-Deni rayonunda bloklanmış terrorçular paytaxtda daha bir terror aktı törətməyi planlaşdırıblar.

Reaksiya.az-ın RTL-ə istinadən verdiyi məlumata görə, istintaq hələ geniş açıqlama verməkdən çəkinir.

Bir neçə saatdır Sen-Denidə polis əməliyyat həyata keçirir. Bir yerli sakin ölüb, beş polis isə yaralanıb.

Hazırda üç terrorçu həbs olunub, onların arasında Parisdə silsilə terror aktları törəədn Abdeslam və Abaud yoxdur. İki terrorçu, o cümədən intiharçı qadın ölüb.

Polislər hazırda terrorçunun gizləndiyi ehtimal olunan binanı mühasirəyə alıblar.

Şərhlər

Çox oxunanlar