Şanxayda qazax mədəniyyət mərkəzi açılıb
18.11.2015 14:40 Dünyadan reaksiya 2522
Çin və Qazaxıstan arasındakı əlaqələr günü gündən daha da güclənir. Reaksiya.az xəbər verir ki, Şanxay Xarici Dillər Universitetində Qazaxıstan Mərkəzi açılıb. Qazaxıstanın Şanxaydakı konsulluğunun təşəbbüsü ilə qazax dilinin, mədəniyyətinin və tarixinin təhsili və təlimini həyata keçirəcək Qazaxıstan Mədəniyyət Mərkəzinin daxilində iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığını daha da yaxınlaşdıracaq tədbirlər keçiriləcək. Mərkəz rəsmiləri ayrıca Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tərəfindən başladılan "Manqılık eli", "Nuryolu" və "Qazaxıstanın 2015-ci il üçün strategiyası" kimi proqramlarla əlaqədar tələb edənlərə məlumat verəcək. Mərkəz, Çində oxuyan tələbələr hər cür kömək və dəstək təmin edəcək.
Şərhlər