Rusiya təyyarəsində plastit bomba - Aeroport işçiləri qoyubmuş
18.11.2015 14:40 Dünyadan reaksiya 2034
Misirdə qəzaya uğramış Rusiyaya aid A321 təyyarəsində partlayan bomba plastitdən hazırlanıb və saatlı mexanizmə malik olub.
Reaksiya.az xəbər verir ki, bu barədə “İnterfax”a məlumatlı mənbədən bildirilib.
Qeyd olunur ki, ekspertiza təyyarədə partlayan bombanın döyüş sursatlarında və bombalarda istifadə olunan partlayıcı plastitdən hazırlandığı qənaətindədir.
Mənbənin sözlərinə görə, terror aktının təşkilatçılar çarter reysinin ləngiyə biləcəyini çox gözəl bilirdilər, buna görə də, uçuşun dəqiq vaxtı bilindikdən sonra, partlayıcını göyərtəyə Şarm-əl-Şeyx aeroportunun əməkdaşları gətiriblər.
Şərhlər